Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Tramp administrasiyası xaricdəki bütün USAID nümayəndəliklərinin ləğvinə qərar verib

 

Tramp administrasiyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) üzrə xaricdəki bütün nümayəndəlikləri 30 sentyabradək ləğv edəcək.

Yenixeber.org bildirir ki, ötən gün dövlət katibi Marko Rubio agentliyin bütün beynəlxalq işçi heyətinin ləğv edilməsini və xarici yardım proqramlarının idarəçiliyinin birbaşa Dövlət Departamentinə verilməsinə göstəriş verib.

Bu göstəriş dünyada yüzlərlə USAID əməkdaşına, o cümlədən xarici xidmət məmurlarına, podratçılara və 100-dən çox ölkədə yerli işçilərə şamil edilir. ABŞ səfirliklərinin missiya rəhbərlərinə dörd ay ərzində genişmiqyaslı dəyişikliklərə hazırlaşmaları tapşırılıb.

Daxili sənəddə prosedurların sadələşdirilməsi fonunda USAID-da bütün xarici vəzifələrinin ləğv edildiyi və 15 iyundan etibarən əvvəllər USAID-in həyata keçirdiyi xarici yardım proqramlarına cavabdehliyin birbaşa Dövlət Departamentinə ötürüldüyü bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam