Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Rusiya aerodromları yenə də vuruldu

İyunun 6-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın kütləvi zərbələrə başlamasından əvvəl Rusiya aviasiyasının yerləşdiyi aerodromlara qabaqlayıcı zərbələr endirib.

Yenixeber.org: Bu barədə “RBK-Ukrayna” ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində strateji bombardmançıların yerləşdiyi Saratov vilayətindəki “Engels” aerodromuna, eləcə də aviatankerlərin və müşayiət edən qırıcıların havaya qalxdığı Ryazan vilayətindəki “Dyaqilevo” aerodromuna zərbələr endirilib.

Bundan başqa, Saratov vilayətində yanacaq-sürtkü yağları olan ən azı üç çən vurulub, zərbələrdən sonra obyektdə genişmiqyaslı yanğın baş verib:

“Hədəflərin olduğu ərazidə onlarla partlayış qeydə alınıb”.

Xatırladaq ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti Rusiya strateji bombardmançı aviasiyasına qarşı “Hörümçək toru” adlı irimiqyaslı əməliyyat keçirmişdi.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam