Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sumqayıtda şəkər xəstələri dərman ala bilmir -ŞİKAYƏT

2 saylı Sumqayıt şəhər xəstəxanasında şəkərli diabet xəstələri dövlətin ayırdığı dərman preparatlarını ala bilmirlər. Xəstələr aidiyyəti qurumların məsuliyyətsizliyindən şikayətlənirlər.

Yenixeber.org: Redakasiyamıza müraciət edən vətəndaşların sözlərinə görə, bir neçə aydır ki, şəhərdə insulin və digər şəkərsalıcı dərman preparatlarının paylanmasında ciddi problemlər yaşanır.

Onlar qeyd edirlər ki, dərmanlar yalnız məhdud sayda insanlara verilir, əksər hallarda isə “dərman yoxdur” cavabı ilə geri qaytarılırlar:

“10-15 nəfərə verirlər, qalanlara deyilir ki, dərman bitib. Artıq 19 gündür dərman dalınca gedirik, amma nəticə yoxdur. Hər gün deyirlər ki, sabah gəlin, dərman gələcək, amma dəyişən bir şey yoxdur”, – deyə şikayətçilər bildirir.

Onların sözlərinə görə, bəzi hallarda dərmanların gizlədildiyi, daha sonra isə pulla satıldığına dair məlumatlar da dolaşır: “Hətta eşidirik ki, dərmanlar sonradan gizli şəkildə satılır. Halbuki dövlət bu dərmanları qeydiyyatda olan xəstələr üçün pulsuz şəkildə ayırır”.

Qanunvericiliyə əsasən, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin qanunun tətbiqinə dair normativ aktlar şəkərli diabet xəstələrinin insulin, digər şəkərsalıcı dərmanlar və özünənəzarət vasitələri ilə pulsuz təmin olunmasını nəzərdə tutur.

Qeyd edək ki, TƏBİB-ə tabe olan xəstəxanaların bu vəzifəni yerinə yetirməsi hüquqi öhdəlikdir.(gununsesi.info)


 Şəbnəm Rəhimova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam