Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Nazir müavini: "Qarabağda xalis sıfır emissiya hədəfinə çatmaq üçün ən son texnologiyalar tətbiq edilir"

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji səmərəliliyi ilə bağlı Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC) çərçivəsində üçüncü sənədin hazırlanması davam edir.

Yenixeber.org xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilə qədər xalis sıfır emissiya zonası elan edilib: "NDC çərçivəsində hazırlanmaqda olan üçüncü sənəd məhz bu məqsədə nail olunmasına yönəlib. Artıq Qarabağda xalis sıfır emissiya hədəfinə çatmaq üçün ən son texnologiyalar tətbiq edilir. Xüsusilə “Azərişıq” ASC-nin innovativ həlləri sayəsində enerji itkiləri əhəmiyyətli dərəcədə azaldılıb və bu göstəricilər Avropa standartlarına yaxınlaşır".

E. Soltanov bildirib ki, Qarabağda binaların istilik effektivliyi baxımından xüsusi rejimdə tikilməsi istiqamətində şəhərsalma sahəsində ciddi işlər aparılır.

"Bu proses çətinliklər yaradır və koordinasiya ciddi şəkildə aparılmalıdır. Bəzi hallarda istilik izolyasiyası və digər enerjiyə qənaət tədbirləri iqtisadi baxımdan daha bahalı ola bilər ki, bu da iqtisadiyyata əlavə yük yaradır. Biz bu yanaşmaya maraqlı deyilik. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında deyil və bu baxımdan iqlim dəyişikliyi ilə bağlı məsuliyyətimiz fərqlidir. Hazırkı iqlim dəyişikliyində əsas məsuliyyəti sənayeləşmiş ölkələr daşıyır. Bizim kimi ölkələr isə iqtisadi səmərəliliyi ön planda tutaraq, bu sahədə mümkün olan tədbirləri həyata keçirməlidir”, - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam