Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Ramazan ayı başladı

11 AYIN SULTANI RAMAZAN AYI BAŞLIYOR

 Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında bildirilib ki, martın 1-i Ramazan ayının ilk günüdür.

Yenixeber.org: Bu gün Ramazan ayı başlayır.

Niyyət gecəsi nə vaxtdır?

Niyyət gecəsi fevralın 28-dən martın 1-ə keçən gecəyə təsadüf edir.

Ramazan və Novruzun üst-üstə düşməsi

Fətvada deyilir ki, builki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcək, şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır.

Fitrə zəkatının məbləği nə qədər olmalıdır?

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev APA-ya açıqlama verib: “Ən çox istifadə olunan ərzağın 3 kiloqramı dəyərində adambaşına fitrə zəkatı çıxarılmalıdır. Bunu maddi imkana görə yoxsullar və imkanlılar ayırmalıdır. Minimum məbləğ də düşünülə bilər. Ancaq maddi durumu yaxşı olan insanlar bunu minimum yox, orta və ya yuxarı məbləğdən götürsə, yaxşıdır”.

İlk Qədr gecəsinin vaxtı

Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.

Digər Qədr gecələrinin tarixləri

Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.

Ramazan ayının bitmə tarixi

Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.

Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar 12 qeyri-iş günü olacaq

Qeyd edək ki, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. 8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi. Bundan başqa, 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı. Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam