Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Ermənistanıla bağlı rəqəmsal xəritə hazırlanır -ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyəti ifşa ediləcək

Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır
Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır.

Yenixeber.org: Məlumata görə, Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası 2024-cü ildə azərbaycan, ingilis və erməni dillərində tərtib etdiyi “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritənin bazasında yeni rəqəmsal xəritə işləyir.

Bu barədə Koalisiyaya üzv “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.

Onun sözlərinə görə, rəqəmsal xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazi, əsas çirkləndiricilər olan mineral-xammal müəssisələri, onun istismarını aparan şirkətlər, əsas çirkləndiricilər, ətraf mühitə təsir haqqında məlumat, müəssisələrin yerləşmə yerləri, kosmik şəkillər öz əksini tapacaq: “Xəritə “WGS-84” koordinat sistemində, altlığı isə kosmik və topoqrafik görüntülü olacaq. Yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyik”.

M.Bayramov Ermənistandan törətdiyi ekoloji cinayətlərə görə cavab istəyib: “Koalisiya üzvlərimiz fəal işləyir, bir gün də olsun, dayanmamışıq. Biz Ermənistan ictimaiyyətindən gizlədilən həqiqətləri də açmışıq. Daxil olan siqnallar göstərir ki, Ermənistanda ötən il internetə yerləşdirdiyimiz erməni dilində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə hər yerdən yığışdırılır. Baş verən ekoloji cinayətləri dayandırmaq, faktlara cavab vermək əvəzinə, Ermənistan hakimiyyəti faktları ört-basdır etməyə çalışır, daxildə etiraz edənlərə dərhal “satqın”, “Azərbaycana işləyənlər” damğası vurur. Ermənistanın ixtiyarı yoxdur ki, bütün bölgəni heç bir ekoloji norma və standartlar gözlənilmədən zəhərləsin”.

Xatırladaq ki, “Environmental Protection First” Koalisiyası Ermənistanda dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla birgə ekoloji monitorinqlər keçirməyə şərait yaradılmasını tələb edir. 2023-cü ildən bu barədə dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyana müraciətlər edilsə də, Paşinyan Azərbaycan vətəndaş cəmiyyətinin tələblərinə hələ də cavab verməkdən yayınır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam