Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Bəşər Əsəddən YENİ XƏBƏR:Moskvaya ailəsi ilə qaçmayıbmış...

Məlum olduğu kimi, Heyət Təhrir əş-Şamın (HTŞ) başçılıq etdiyi müxalifət qruplar Dəməşqə daxil olduqdan sonra Bəşər Əsəd Rusiyaya qaçıb.

 Yenixeber.org: Xarici KİV-lərin yaydığı məlumata görə, Əsəd Rusiyaya qaçarkən onu iki nəfər müşayiət edib. İddialara görə, prezidentin köməkçisi Mənsur Əzzam və mühafizə bölməsinin rəisi, briqada generalı Muhsin Məhəmməd Əsədin Rusiyaya səfəri zamanı onun yanında olub.

Əsədin ailəsi ilə birlikdə qaçmadığı, həyat yoldaşı və uşaqlarının həmin vaxt artıq xaricdə olduğu bildirilib. Əsədin qaçdıqdan sonra bir həftə səssiz qalmasının səbəbi də məlum olub. Onun sosial mediasına giriş məlumatlarına sahib olan köməkçilərinin Suriyanı tərk etmələrini gözlədiyi iddia edilib.

Xatırladaq ki, Əsəd ölkədən qaçdıqdan sonra verdiyi ilk açıqlamada qarşıdurmalar zamanı Rusiya bazasına sığındığını və Moskvanın göstərişi ilə Suriyadan aparıldığını iddia edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam