Zurabişvili istefa verməyəcək...
Gürcüstan Prezidenti Salome Zurabişvili mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini açıqlayıb.
Yenixeber.org: Məlumata görə, Zurabişvili bunu televiziya ilə çıxışı zamanı deyib.
“Mən sizin prezident olaraq qalıram, legitim parlament yoxdur. Müvafiq olaraq, qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, - Zurabişvili bildirib.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Seçkinin nəticəsinə əsasən, ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 54,3% səslə qalib gəlib. Lakin bir sıra müxalif siyasi qruplar seçkinin nəticəsini qəbul etməyib.