Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Cəlilabadda iki məktəbin bir direktoru var?! –Eyni qayda, eyni maraqlar...

Qaydalarda Cəlilabad Rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalovun da adı “qırmızı xətlərlə” yer alır

Yenixeber.org: “Azərbaycan təhsilində sürpriz sayılacaq, təəccüb doğuracaq bir nəsnə yoxdur və gözlənilmir də”, deyilir... Amma, bugünlərdə redaksiyamıza ötürülən məlumatlardan belə məlum olur ki, təhsilimizdə hələ də, təəccüb doğuracaq faktlar yox deyil. Başqa sözlə, hələ də, təhsilimizdəki səlahiyyət sahibləri “yeniliklər”ə imza atmaqda israrlıdırlar...

Məsələn, iki məktəbin bir direktorunun ola biləcəyi heç “yuxuya da, gələ bilməz”. Sən demə bəzən “yuxuya, gələ bilməyənlər” günümüzün reallığı ola bilir. Eyni ilə Cəlilabad rayon Alar kənd 1 və 3 saylı Tam Orta Məktəblərin bir şəxsin – İlahə Dadaşovanın “kurasiyasında” olduğu kimi.

Cəlilabadlı oxucularımızın Yenixeber.org-a verdikləri məlumata görə, İlahə Dadaşova əvvəllər Alar kənd 3 saylı Tam Orta Məktəbin direktoru olub. Bu gün də bu məktəbdə işinə davam edən həyat yoldaşı Abışov Hikmət Kamil oğlunu da, məhz həmən dövürdə texniki işçi kimi işlə təmin edib. Kartof ticarəti ilə məşğul olan Hikmət Abışovu məktəbdə görmək isə hər adama nəsib olmur...

Vakansiya verilib-verilməməsini bilməsək də, Alar kənd 3 saylı Tam Orta Məktəbdə direktor postu hələ ki, sahibini gözləyir. İlahə xanımın rəsmi olaraq, Alar kənd 1 saylı Tam Orta Məktəbdə direktor olmasına baxmayaraq, həm də de-fakto Alar kənd 3 saylı Tam Orta Məktəbə də rəhbərlik etdiyi məlumatlar sırasındadır. Hər iki məktəb bir mənbədən, bir qaydada, bir maraq çərçivəsində idarə edilir...

“Bir qayda” demişkən, məlumatda direktorun idarəetmə qaydalarından da, bəhs edilir... Bu qaydalarda Cəlilabad Rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalovun da adı “qırmızı xətlərlə” yer alır. Bu “qırmızı xətlər”də hansısa texniki işçilərin, məktəbdə “gözə dəyməyən” müəllimlərin izləri olduğunu biz iddia etmirik. Ola biləcək “Aylıq hesabat”ların da bu məktəblərdə tədrisin inkişafına hesablandığına əmin olmaq istəyirik...

Həm də bilmək lazımdır və maraqlı olar ki, texniki və pedaqoji heyətin işə davamiyyətində məlum qayda və qanunlara nə dərəcədə riayət edilir? Bəs dərs bölgüsündə necə, hansı prinsip və maraqlar üstün tutulur? Və s.

Cavabını gözləyən suallar bununla bitmir... Biz bu və digər suallara cavab almaq istəyi ilə həm hörmətli İlahə xanımla, həm də cənab Zeynalovla telefon əlaqəsi yaratdıq. Təəssüf ki, hər iki tərəf suallarımıza cavab verməyi uyğun bilmədilər. Müxtəlif, aidiyyatı olmayan “cavablar”la suallarımızdan yayındılar...

İlkin Zeynalov isə bir az da qabağa gedərək, mobil telefonuna zəng etməyimizin qanunsuz olduğunu bildirdi(?) Sən demə bir media məsubunun bir məsul şəxsin mobil telefonuna zəng etməsi də hansısa qanunla tənzimlənirmiş...

Qarşıdakı günlərdə aidiyyatı qurumlara sorğu göndərməklə geniş yazı hazırlamağa çalışacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam