Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

AQTA-nın bölmə rəisi Vüqar Zeynalov Prezidentin əksinə gedir?! -"...yersiz olaraq sahibkarlar incidilir"

"Kimlərsə mənim gücləməyimdən qorxurlar, ona görə də, mənim qarşımı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə kəsməyə çalışırlar. Həmişə demişəm, Allahdan aşqa heç kim mənim qarşımı kəsə bilməz. Mən işimlə məşğul ola adamam. Allah hər kəsin canını sağ etsin, başda Ali Baş Komandanımız olmaqla... Belə hallar məni daha da gücləndirir". 

Yenixeber.org: Bu fikirləri "Quseynoff" MMC-nin sahibi, iş adamı Emin Hüseynov  AQTA-nın Gəncə–Daşkəsən regional bölməsi tərəfindən qarşılaşdığı haqsızlığa cavab olaraq bildirib. Sahibkarın bildirdiyinə görə onun şirkətinə qarşı qərəzli yanaşma var, məhsullarına haqsız rəy yazılıb.

"Prezidetimə, dövlətimə də, xalqıma da güvənirəm.  Bilirəm ki, hər şey öz yolunu tapacaq. Onsuz da bu yerlərə çətinliklə gəlib çıxmışam. 

Təki canımız sağ olsun. İstəyirlər ki, məni,  zavodumda istehsal olunan məhsulları mağazaların gözündən salsınlar. 

Mənə dəstək olanlara minnəttaram. Kimə məhsullarımızıc satışı üçün müraciət etmişəmsə yox cavabı almamışam, canla-başla mənə kömək olmağa çalışıblar. 

Zavodumuzda istehsal oluna araqlarda heç bir problem yoxdur. Sadəcə qəsdlə bu məlumatı yaydırırlar. 

Mənim şirkətimdə, zavodumda 50-dən çox ailə başçısı işləyir. Onlar evlərinə çörək pulu qazanırlar. Onların çörəyi ilə "oynamaq"la Allah qarşısında cavab verərsiz. Azərbaycanda normal işləyən sahibkarlara dəstək olmaq lazımdır. 

Ölkə Prezidenti cənab İlham Əliyev həmişə sahibkarlara dəstək olub. Bu yöndə işlərin görülməsi üçün daim  öz tapşırıqlarını verir. 

Sahibkarlar ölkədə çox olmalıdır ki, işsizlik daha da azalsın. İşə ehtiyacı olanlar işlə təmin olunsun. Bir Azərbaycanlı olaraq mən belə düşünürəm. 

İnşallah hər şey öz yoluna düşər. 

Mən dövlətimdən bir sahibkar olaraq xahiş edirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə–Daşkəsən regional bölməsi barədə yoxlama aparılsın. Maraqlıdır ki, AQTA-nın Gəncə–Daşkəsən regional bölməsinin rəisi Vüqar Zeynalovun  göstərişi ilə yersiz olaraq sahibkarlar incidilir.  Əsas da bizim şirkətlə qərəzinin səbəbi nədir. 

Yoxlama sənədi olmadan mənim zavoduma məxsus araqları götürür, aparır.  39.3 "qradus"la deyir uyğunsuzdur. Amma 39.3 "qradus"la özü  mənim məhsullarıma uyğunluq sənədi vermişdi ki, satışını həyata keçirə bilərsən"- deyə E.Hüseynov qeyd edib.

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam