Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tiflisdə “rəngli inqilab” gözlənilir:Müxalifət hərəkətə keçir


Gürcüstanda Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusunun seçkini qazandığını açıqlasa da, müxalifət ekzit-pollun nəticələrini əsas götürərək, qələbəsini elan edib. Bu, çətin mərhələnin indi başlandığı deməkdir.

Yenixeber.org: Tərəflərdən heç biri geri çəkilməməyə çalışacaq: müxalifətin hökumət binalarının bloklanması ssenarisi üzrə aksiyalara başlayacağı, hakimiyyətin inzibati resurslardan istifadə etməklə, vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcəyi bəllidir. Artıq hökumət binalarının ətrafına xüsusi təyinatlı qüvvələrin yerləşdirildiyi məlumatları var.

Əsas məsələ Tiflisdə növbəti “rəngli inqilab”ın nə qədər real olmasıdır. Bu ehtimalı zəif görünür: müxalifət etiraz aksiyaları ilə hara qədər gedə biləcəyini daha öncədən ortaya qoyub və mümkündür ki, yeni aksiyalar uzunmüddətli olsa belə, yekun hədəfə yaxınılaşdırmayacaq; Qərbin Gürcüstanda hadisələrin inkişafını yönləndirəcək gücü əvvəlki qədər deyil.

Təzyiq dalğasının genişlənməsi rəsmi Tiflisi alternativlərə - Rusiya və Çinə daha çox yaxınlaşdıra bilər ki, bunda maraqlı olmayan Qərbin müxalifətin aksiyalarını dəstəkləməklə yanaşı, hakim partiya ilə də bütün “körpüləri yandırmamaq” xəttini tutacağı gözləntilər arasındadır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam