Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya hərbi gəmilərini bu limanda gizlədir

Rusiyanın Qara dəniz Donanmasının “Project 22870” axtarış-xilasetmə yardımçı gəmilərindən biri iyulun əvvəlində Abxaziyada Oçamçira limanında görünüb.

Yenixeber.org: Bu barədə “Naval Nyus” portalı peyk görüntülərinə istinadən məlumat dərc edib.

Qeyd olunur ki, bu, Rusiya Qara dəniz Donanmasının gəmilərinin bu bazada ilk yerləşdirilməsidir. Bundan əvvəl rus hərbçiləri Oçamçirada yalnız Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sahil müdafiə patrul katerlərini saxlayırdı.

"Ruslar axtarış-xilasetmə gəmisini Gürcüstanın işğal olunmuş ərazilərindəki limanlardan birinə köçürməklə, onu Ukrayna Müdafiə Qüvvələrinin hərbi-dəniz pilotsuz uçuş aparatlarının mümkün hücumundan qorumağa çalışıblar", - nəşr bildirib.

Vurğulanıb ki, liman nisbətən kiçikdir, lakin burada bir neçə böyük döyüş, desant gəmisi və ya freqatın yerləşdirilməsi mümkündür. Bundan əlavə, sovet dövründə Oçamçira buxtasında sualtı baza da olub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam