Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

İranın yeni prezidenti azərbaycanlı kimdir? -VİDEO

mesud-pezeshkian-iranda-prezident-sechkilerinde-qalib-gelib

Məlum olduğu kimi, İranda keçirilən 14-cü dövr prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin 9-cu prezidenti seçilib.

Yenixeber.org: Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) bölgəsində azərbaycanlı ailəsində anadan olub.

1973-cü ildə hərbi xidmətini yerinə yetirmək üçün Zabula yollanıb, xidmətini başa vurduqdan sonra doğma şəhərinə - Təbrizə qayıdıb. Soyadı fars dilindən tərcümədə “həkimlər” mənasını verən Pezeşkian Təbriz Universitetinin Tibb fakültəsindən məzun olub.

O, İran-İraq müharibəsi illərində tez-tez ön cəbhəni ziyarət edərək, buraya tibbi heyət göndərməklə yanaşı, hərbçi və həkim kimi fəaliyyət göstərməkdən məsul olub.

Pezeşkian 1985-ci ildə tibb məktəbində fiziologiyadan dərs deməyə başlayıb.

Müharibədən sonra o, Təbriz Tibb Elmləri Universitetində ümumi cərrah ixtisası üzrə təhsilini davam etdirib. 1993-cü ildə isə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə təhsil alıb. O, 1994-cü ildə Təbriz Tibb Elmləri Universitetinin rektoru seçilib və bu vəzifədə 5 il fəaliyyət göstərib.

Şəxsi həyatına gəlincə, ginekoloq olan həyat yoldaşını və bir övladını 1993-cü ildə avtomobil qəzasında itirən Pezeşkian bundan sonra evlənməyib, 2 oğlu və 1 qızını tək böyüdüb.

Onun siyasi fəaliyyəti isə 1997-ci ildə səhiyyə naziri köməkçisi olaraq Məhəmməd Hatəminin idarəetməsinə qatılması ilə başlayıb. Pezeşkian 4 il sonra səhiyyə naziri postuna yüksəlib. O, 2001-2005-ci illərdə bu vəzifədə çalışıb. 5 dəfə Təbrizdən İran parlamentinə seçilən Pezeşkian 2016-2020-ci illərdə parlament sədrinin birinci müavini vəzifəsində çalışıb.

O, həmçinin İran-Türkiyə Dostluq Dərnəyinin üzvüdür.

Pezeşkian parlamentin 2016-cı il fevralın 26-da baş tutan açıq iclasında Allahın onu türk yaratdığını, heç kimin türkün dilini, mədəniyyətini ələ salmağa haqqı olmadığını, İrandakı türklərin və digər etnik qrupların konstitusiyanın 15-ci maddəsinə əsasən, öz dillərində yaza, danışa bilməsinin vacib olduğunu bildirib.

Eyni zamanda Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılmasına etiraz edən millət vəkillərindən olub.

M.Pezeşkian “Traktor” azarkeşi kimi tanınır.

2013-cü ildə İran prezidentliyinə namizədliyini irəli sürən M.Pezeşkian sonradan namizədliyini geri götürüb. 2021-ci ildə növbəti dəfə seçkilərdə iştirak etmək istəyərkən namizədliyi bu dəfə rədd edilib.

Nəhayət, ötən gün keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda o, prezident seçilib.(Axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam