
Dağıstanda terror aktı zamanı həlak olan polis əməkdaşlarının sayı 16-ya çatıb.
Yenixeber.org: Bu barədə respublika əməliyyat xidmətləri məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı gecə daha bir polis xəstəxanada dünyasını dəyişib.
“Bu gecə terror aktının qurbanlarından daha bir polis əməkdaşı xəstəxanada dünyasını dəyişib”, - məlumatda qeyd edilib.
Bununla da terror aktı qurbanlarının ümumi sayı 21-ə çatıb.
Qeyd edək ki, bundan əvvəl Dağıstan Səhiyyə Nazirliyi Mahaçqala və Dərbənddə törədilən terror aktı nəticəsində 20 nəfərin öldüyünü bildirmişdi. Dağıstanın rəhbəri Sergey Melikov isə ölənlərdən 15-nin polis əməkdaşı olduğunu qeyd etmişdi.(TASS)









AZ
RU