Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Rusiya getsə, yerini Türkiyə tutacaq” - Koçaryan “həyəcan təbili çalır”

Robert Koçaryanın oğlu, deputat Levon Koçaryan Ermənistan İstintaq Komitəsinə çağırılıb

Ermənistanın Rusiyadan ayrılması Türkiyənin ölkədə təsirinin artmasına gətirib çıxaracaq ki, bu da İrəvan üçün sərfəli ola bilməz.

Yenixeber.org: Bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu, Ermənistan parlamentinin deputatı Levon Koçaryan “Sputnik”-ə müsahibəsində deyib.

Parlamentdəki müxalif rusiyapərəst və revanşist qüvvələri təmsil edən L.Koçaryan deyib ki, tarixən Rusiya, Türkiyə və İran Cənubi Qafqaz regionunda nüfuzlu oyunçular olub. Onun fikrincə, əgər Rusiya regiondan çıxarılsa, onun yerini başqası tutacaq və çox güman ki, bu, Türkiyə olacaq.

Deputatın fikrincə, əhalinin əksəriyyəti bunun Ermənistan üçün sərfəli olmadığını başa düşür.

Köçəryan qeyd edib ki, hakimiyyət hələ də Ermənistan iqtisadiyyatının Rusiya ilə nə qədər bağlı olduğunu anlamır: “Başqa ölkələrin istənilən, hətta fövqəladə yardımı Rusiya Federasiyası ilə münasibətlər pozulduqda yaranacaq boşluqları bağlaya bilməyəcək. Həqiqətən də respublikada çox ciddi iqtisadi problemlər yaranacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam