Vilayət Eyvazov Əbu-Dabidə həmkarı ilə görüşdü -FOTO
İyunun 11-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Yenixeber.org: DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, səfər çərçivəsində nazir Vilayət Eyvazov Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyanla görüşü olub.
Görüşdə ölkələrin daxili işlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.









AZ
RU
