Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Seçiciləri Nigar Arpadaraini tapa bilmir -DEPUTAT NİYƏ İNSANLARDAN GEN GƏZİR?

 29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır.

Yenixeber.org: Bu barədə redaksiyamıza müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib.
Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli ilə bağlı Nigar Arpadarai ilə görüşməyə çalışsallar da bu mümkün olmur.
“Hər dəfə onun xaricdə olduğu deyilir. Amma sonradan sosial şəbəkələrdə baxırıq ki, Bakıdadır. Köməkçisi ümumiyyətlə, yalan danışır” deyə deputatın seçiciləri narazılıq edir.
Səbail Rayon İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri isə deputatın seçiciləri ilə yanaşı icra hakimiyyətinin də tədbirlərinə laqeyidlik göstərdiyini deyib: “Dəvət olunduğu tədbirlərin əksəriyyətinə qatılmır. Ancaq rəsmi görüşlərdə olur. İnsanlarla ünsiyyətdən yayınır”.
Məsələ ilə bağlı əməkdaşımız bu iddialarla bağlı deputatın özünün mövqeyini öyrənməyə çalışsa da buna nail ola bilməyib.(Gununsesi.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam