Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Emin Ağalarov Bakıda yeni ticarət mərkəzi tikəcək


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində ticarət mərkəzinin tikintisinə icazə verib.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatlara görə, ümumi sahəsi 674,74 kv. metr olacaq ticarət mərkəzi 1 mərtəbədən və zirzəmidən ibarət olacaq.
Məlumat üçün bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının və 4 mərtəbəli avtodayanacağın tikintisinə icazə verib.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.
Məlumat üçün bildirək ki, mart ayının 22-də Emin Ağalarovun vitse-prezidenti olduğu "Crocus Group" şirkətinin Moskvada yerləşən "Crocus Sity Hall" ticarət mərkəzində dəhşətli terror hadisəsi baş verib. Hadisə nəticəsində yüzlərlə insan həlak olub və yaralanıb. Ticarət mərkəzinin tərkibində fəaliyyət göstərən Müslüm Maqomayev adına konsert zalı isə tamamilə yararsız vəziyyətə düşüb.
Onu da qeyd edək ki, ötən il mətbuata verdiyi açıqlamada Azərbaycanın Xalq artisti Emin Ağalarov atasına – tanınmış iş adamı Araz Ağalarova məxsus olan “Crocus Group”un birinci vitse-prezidenti vəzifəsindən istefa verərək “Agalarov Development” adlı yeni şirkət yaratdığını açıqlayıb.(yeniavaz)

Emin Ağalarov atasından ayrılıb yeni şirkət yaratdı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam