Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ərdoğanı problemə salan Anar Əlizadənin sonu gəlir -İLGİNC FAKTLAR

“İş adamı Ali Dəniz Eraydın “neft oyunu”nu prokurorluğa misallarla izah edib. Eraydın sənədlərlə neftin Liviyada general Haftarın nəzarətində olan bölgədən götürüldüyünü, ancaq Türkmənistandan gətirildiyini və Maltadan yükləndiyini açıqlayıb. Türkmənistandan gələn neft mənbəyinin “normal ticarət axınına zidd” olduğunu bildirən Eraydın, “Haftarla yanaşı, Rusiya Vaqneri də məhsulun çıxdığı bölgəyə nəzarət edir” deyib. Eraydın sözlərinə görə, “mütəşəkkil cinayətkarlığın” arxasında duran ad keçmiş SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın qohumu olan Anar Əlizadədir”.

Yenixeber.org: Bu sensasion iddia Türkiyənin ən nüfuzlu qəzeti olan “Cumhuriyet”də dərc olunub.

Qeyd edək ki, dünən bir sıra ölkələrin media orqanlarında Azərbaycandan olan iş adamı Anar Əlizadənin Qərbin sanksiyalarına məruz qalan rus oliqarxlarına kömək etməsindən, xüsusilə, onlara məxsus yaxtaları Türkiyədə gizlətməsindən bəhs olunurdu.

Bildirilir ki, Rusiyalı oliqarxlara kömək Anar Əlizadə üçün ciddi problem olacaq.

“Cumhuriyet” isə yazır ki, İstanbul Anadolu Yakası Terror və Mütəşəkkil Cinayətlər İstintaq Bürosuna edilən cinayət şikayətində Haftarın nəzarəti altında Liviyadan çıxması qadağan edilən neftin Maltadan gətirildiyi iddia edilərək ölkə daxilində satıldığını göstərən sənədlər də prokurorluğa təqdim edilib.

Keçmiş Gəmi Yanacaq Dərnəyi Başçısı Ali Dəniz Eraydın, Maltadan neft alan gəmilərin saxta olduğunu bildirən prokurorluğa təqdim etdiyi sənədlərin, bəyannamə və fakturalarda ziddiyyətli məlumatların olduğunu və bunların açıq şəkildə göründüyünə diqqət çəkir. təqdim etdiyi sənədlərdə bunu xüsusi vurğulayan şikayətçi tələb edir ki,  prokurorluq cinayətkarlara qarşı  ciddi araşdırma aparmalıdır.

Göründüyü kimi adı daima qalmaqallarda olan Anar Əlizadənin üstü açılan bu əməlləri böyük rezonansa səbəb olub.

Sirr deyil ki, Anar Əlizadənin bu əməlləri  Türkiyə dövləti ilə  ABŞ və Avropa İttifaqı arasında ciddi gərginliyə səbəb olacaq.

Bu da indiki həssas siyasi dövrdə Ərdoğan hökuməti üçün arzuolunmaz durum deməkdir.

Onsuz da seçki məğlubiyyətinin qəzəbini yaşayan Prezident Ərdoğanın indiki məqamda  Anar Əlizadənin yaratdığı problemlə üzləşməsi onu daha da qəzəbləndirəcək. Böyük ehtimalla yaxın günlərdə Anar Əlizadənin  fəaliyyətinin araşdırılması üçün tapşırıq veriləcək.

Anar Əlizadə barəsində başlanan hər hansı bir araşdırma onun daha sensasion əməllərinin üzə çıxacağını qaçılmaz edir.(Gununsesi.info) 

Elmar Elnuroğlu



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam