Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

“Yaxın 4-5 ildə Türkiyə rəhbərliyi səhvlərini düzəldəcək” -"Bu son deyil"

  “Millətin seçkilərdə verdiyi mesajları təhlil etmək üçün əlimizdən gələni edəcəyik”

Yenixeber.org: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın 4-5 ildə rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) və administrasiyasının buraxılan səhvləri düzəldəcəyini bildirib. 

Dövlət başçısı qeyd edib ki, bələdiyyə seçkilərinin nəticələri hakimiyyətin bir sıra səhvlərə yol verdiyini göstərir: “Bu 4-5 il ərzində biz daha çox ölkəmizin aktual problemlərinə, xüsusən də zəlzələdən zərər çəkmiş rayonların bərpasına və iqtisadi problemlərimizin həllinə diqqət yetirəcəyik”.

Ərdoğan “millətin seçkilərdə verdiyi mesajları” təhlil etmək üçün əlindən gələni edəcəyinə söz verib.

Türkiyə lideri əlavə edib ki, rifahı yaxşılaşdırmaq, sülh və təhlükəsizliyi möhkəmləndirmək niyyətindədir.

Bununla yanaşı, Ərdoğan Türkiyədəki seçkilərin onun partiyası üçün son olmadığını bildirib.

Qeyd edək ki, Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində seçki qutularının 99.81 faizi açılıb. Nəticələrə görə, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35,49 % səslə müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) gerisində qalır. CHP-nin hazırkı məlumata görə, topladığı səs faizi 37.74-dür. Üçüncü yerdə 6.19 faizlə Yenidən Refah Partiyası qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam