Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -mülklərinə, bank hesablarına "stop" qoyulub

London Məhkəməsi Feyziyevdən sonra kimi təftiş edir: Ülvi Quliyevin adı hallanır

Milli Məclisin deputatı Ülvi Quliyevin Avropadakı mülkləri əlindən alına bilər. 
Yenixeber.org: Bu barədə redaksiyamıza Avropadakı mənbələr məlumat veriblər. 
Məlumata görə, uzun illərdir ki, Avropada böyük biznes şəbəkəsi quran Ülvi Quliyevin Londonda olan mülklərinə, bank hesablarına "stop" qoyulub. Buna səbəb isə bu mülklərin əldə olunması üçün verilən deklarasiyalarda şübhəli məqamların olmasıdır. 
Ülvi Quliyev 2005-ci ildən deputatdır. 
Onun Avropadakı bizneslərinə Orxan adlı oğlunun rəhbərlik etdiyi bildirilir. Bu barədə bir müddət öncə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli də məlumat paylaşmışdı. 
Bildirilir ki, Ülvi Quliyevin ən böyük bizneslərindən biri İngiltərədəki GUANO LİMİTED (qeydiyyat nömrəsi 06353306) 2007-ci ilin avqustun 28-də London apartment 103, Astra house 23-25 Arklow road ünvanında qeydiyyatdadır. 
Bu şirkətin təsisçisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 6 ünvanında qeydiyyatda olan 1989-cu il avqust təvəllüdlü Orxan Quluzadədir.
Ülvi Quliyevin Bakıda da böyük biznes şəbəkəsi var. Belə ki, o, Bakı şəhərində yaşayış binalarının tikintisi ilə də məşöul olur. 
Ötən həftə Böyük Britaniya hökuməti azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının "qanunsuz yollarla əldə edilən gəlirlərlə" Londonda şübhəli yollarla satın aldıqları 22 mülkünü dondurub.
Məsələ ilə bağlı Ülvi Quliyevdən münasibət öyrənə bilmədik.(Arqument.az). 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam