Ukraynanın itkiləri açıqlandı -SİYAHI
Rusiya müharibənin 729-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 572 təyyarəsi, 266 helikopteri, 13 137 PUA-sı, 473 zenit-raket kompleksi, 15 171 tank və digər zirehli texnikası, 1 223 reaktiv yaylım atəş sistemi, 8138 artilleriya və minaatanı, 18 950 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.









AZ
RU
