Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Azərbaycanda erkən nikah problemi: Maarifləndirmə və cəzalar artırılmalıdır

 

Son zamanlar qızların təhsildən uzaqlaşdırılaraq erkən nikaha cəlb olunması ilə bağlı cəmiyyətdə müzakirələr aparılır. Bəziləri günahı ailədə, bəziləri isə maarifləndirmənin az olmasında görür.

Yenixeber.org: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva açıqlamasında bildirib ki, 2023-cü ildə komitə 25 erkən nikah faktının qarşısını alıb:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyindən il ərzində ölkənin şəhər və rayonlarında təhsildən yayınan, kimsəsiz sosial təhlükəli vəziyyədə olan, hüquq pozuntusu törətmiş uşaqlar barədə məlumatlar toplayır.  Yerli icra hakimiyyəti orqanlarından da şəhər və rayonlarda yaşayan qız uşaqlarını təhsildən yayındıran ailələr barədə məlumatlar toplanılır. Həmin məlumatlar komitənin  11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinə yönləndirilir. Mərkəzlər təhsildən yayınan, sosial təhlükəli vəziyyətdə olan uşaqların ailələrinə səfərləri təşkil edirlər. Ailənin qiymətləndirilməsi, valideyn və uşaqlarla fərdi profilaktik işlər aparılır.
Əgər belə ailələrdə erkən nikah, uşaq evlilikləri faktı aşkalanarsa,  qarşısı alınır. 

2023-cü il ərzidə komitənin Uşaq  və Ailələrə Dəstək mərkəzi təhsildən yayınma ilə bağlı 68 ailəyə səfər edib. Erkən nikah faktı ilə bağlı 27 ailəyə monitorinq səfəri təşkil edilib. Aidiyyatı qurumların əməkdaşları ilə birgə 25 erkən nikah faktının qarşısı alınıb. 16 yaşında ana olan 12 qızın ailəsinə səfər edilib. Ailənin qiymətləndirilməsi aparılıb”.


Kamilə Əliyev 2021-ci illə müqayisədə 2022-ci ildə erkən nikahların sayının artdığını vurğulayıb:

“2021-ci ildə 137 hal qeydə alınıb. 2022-ci ildə isə erkən nikah hallarının sayı 270-ə çatıb. 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə bağlı 2023-ci ilin məlumatları hələ açıqlanmayıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanaraq 2021 və 2022  ilin statistikasını müqayisə edə bilərik.

2021-ci ildə 18 yaşınadək analar tərəfindən 1650 uşaq doğulubsa, 2022-ci ildə belə uşaqların sayı artaraq, 2011-ə çatıb. Ən yüksək göstəricilər Qazax-Tovuz iqtisadi rayonudur ki, burada 280, Mərkəzi Aran iqtisadi rayonunda 245,  Qarabağ iqtisadi rayonunda isə 240 uşaq dünyaya gəlib.  Belə halların qarşısının alınması istiqamətində mütəmadi olaraq, dövlət tərəfindən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və 11 Uşaq və Ailələr Dəstək mərkəzləri tədbirlər görürlər, maarifləndirici görüşlər keçirilir. 

Çap vəsaitləri, elektron vəsaitlər, sosial çarxlar hazırlanır. Bu işlər mütəmmadi aparılır. Ancaq təəssüf  ki, biz belə hallarla yenə də qarşılaşırıq”.

Qurum rəsmisi bu məsələdə yanlız dövlət tərəfindən görülən işlər kifayət etmədiyini deyib: 

“Cəmiyyətin bütün üzvlərinin, vətəndaş cəmiyyətinin fəal olması çox vacibdir

Ona görə biz ictimai fəal insanlara, Qeyri-Hökümət Təşkilatlarına, bələdiyyələrə, din xadimərinə, bütün cəmiyyət üzvlərinə problemlərə bu halların qarşısın alınmasında yaxından iştiraka çağırırıq. Belə hallarla üzləşən şəxslər dərhal komitə yanında fəaliyət göstərən 860 qaynar xəttinə müraciət etmələrini tövsiyə edirik”. 


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə saytımıza açıqlamasında erkən nikahların səbəblərindən bəhs edib: 

“Bu problemin kökündə köhnə, unudulmuş qaydaların qabardılması, qadınların-qızların təhlükəsizliyi, qız uşaqları ilə bağlı mövcud sterotiplərin, tələblərin ağırlaşması dayanır. Belə olduqda, valideynlər təcili ərə verməyə qərar verirlər. Kifayət qədər psixoloji və sosial amillər təsirini göstərir. Biz daha çox erkən nikahdan zərər çəkənlərin yenidən həyata qayıtması, öz mənini bərpa etməsi, kimi fəsadlarla mübarizə aparırıq. Erkən nikah qurbanlarının reabilitasiya prosesinə kömək edirik. Bunlar vaxtilə erkən nikah qurbanı olub, uşaqla çıxılmaz vəziyyətdə olan qadınlardır. 

Ancaq paralel olaraq, aşkarlanma ilə bağlı da işimiz olub. Toy, nişan baş verməzdən öncə bizdə fəaliyyət göstərən qrupa məlumat verilib.  Qarşısını  almaq üçün hüquq-mühafizə orqanları tədbir  görüblər.”

İctimai Birliyin sədri vətəndaşların bu məsələdə  aktivliyinin  mühüm rol oynadığını vurğulayıb:

“Erkən nikahın qarşısını almaq üçün hökümət tərəfdən müəyyən addımlar atılır. Bu addımlar əvvələr çox yaxşı idi. Sonradan, pandemiya dövründə yenidən zəifləmə baş verdi.  Amma indi kifayət qədər ciddi işlər görülür. 

Əsas olan odur ki, bu problemdə vətəndaşlar da iştirak etsin. Artıq bunu müəyyənləşdirmək çətinləşib. Çünki heç toyla da məsələni həll etmirlər. Uşaq olandan sonra məlum olur. Baş verənlərlər bağlı dərhal məlumat verilməlidir. Çünki bəzən biz gecikirik, rayon yerində hadisə gizli baş verir”.

Mehriban Zeynalova sonda qeyd edib ki, cəza və cərimələrin artırılması vacibdir:

“Cəzaların artırılması da rol oynaya bilər. Cəmiyyətin iştirakı, hökümətin dərhal tədbir görməsi çox effektiv nəticə verə bilər. Cinayət tərkibi, cərimələr ağırlaşarsa, qısa müddətdə qarşısını olmaq olar”.

Qeyd edək ki, bir müddət əvvəl Komitə erkən nikah mövzusunda araşdırma hazırlayıb. Araşdırmada erkən nikahlarla mübarizə üçün çıxış yolları göstərilir:

1. Erkən nikah kompleks tədbirlər tələb edən sosial bir problem olduğu üçün təkbaşına maarifləndirmə aksiyaları ilə qarşısını almaq mümkün deyil. Maarifləndirmə işi davam etdirilməlidir, lakin bu kampaniyalarda əsas hədəf erkən nikaha loyal münasibət göstərən şəxslər olmalıdır.

2. Bir çox hallarda erkən nikahın səbəbi sosial-iqtisadi vəziyyətlə bağlı olduğu üçün müvafiq qurumlarla birgə riskli ailələrin sosial təminatının yaxşılaşdırılması, eləcə də qızların keyfiyyətli təhsilə əlçatanlığının artırılması ilə bağlı kompleks tədbirlər görülməlidir.

3. Qanunvericiliyin hökmlərində məsuliyyət artırılmalı, cinayət tətbiqi mexanizmləri müvafiq orqanlarla - Daxili İşlər Nazirliyi ilə müzakirələr əsasında təkmilləşdirilməli, ictimai nəzarət gücləndirilməlidir.

4. Erkən nikaha məruz qalan şəxsin valideynlərinin cəzalandırılması ilə yanaşı qanunvericilikdə, cinayət məcəlləsində 18 yaş altında nikaha daxil olan şəxsin tərəf-müqabilinin də cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəyişikliklər aparılmalıdır.(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam