Bu hərbçilər əsirlikdən azad edildi -FOTO
Ukrayna Rusiya Federasiyası ilə əsirlərin növbəti mübadiləsini həyata keçirib. Nəticədə 100 ukraynalı əsir vətənə qayıdıb.
Yenixeber.org: Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
“Daha 100 ukraynalı öz evində, Ukraynadadır. Milli Qvardiyanın, sərhədçilərin, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri - əksəriyyət Mariupolun müdafiəçiləridir. Hamısı bizimdir, hər biri öz doğma torpağına qayıdır. Biz hər birinin üzərində işləyirik. Hamını geri qaytarana qədər dayanmayacağıq”, - deyə Zelenski bildirib.
Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahının məlumatına görə, bu dəfə xilas edilən hərbi qulluqçular arasında Ukrayna Milli Qvardiyasının 49 əsgəri, 25 sərhədçi, Ukrayna Silahlı Qüvvələrinin 26 hərbi qulluqçusu, o cümlədən 11 əsgər var.









AZ
RU
