İsrailin Qəzzada apardığı quru əməliyyatlarında ölən israilli hərbçilərin sayı 225-ə yüksəlib.
Yenixeber.org: Bu barədə İsrail Müdafiə Qüvvələrinin saytı məlumat yayıb.
Məlumata görə, ÇAXAL-ın 10-cu briqadasının 924-cü batalyonunun 24 yaşlı baş çavuşu Şimon Asulin Qəzzanın cənubundakı əməliyyat zamanı həlak olub.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bəri isə İsrail ordusunun itkilərinin sayı 562-ni ötüb.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri ötən ilin oktyabrın 27-də Qəzzada quru əməliyyatlarına başlayıb.