Husilərin mövqeləri vuruldu
ABŞ və Britaniya hərbçiləri Yəməndə Husi qiyamçıları “Ənsar Allah” hərəkatının mövqelərinə hücum edib.
Yenixeber.org: Bu barədə yerli “Al Masirah” telekanalı məlumat yayıb.
“Amerika-Britaniya təcavüzü Səada şəhərinə qarşı yönəlib”, - məlumatda bildirilib.
Qeyd edək ki, qəsəbə Yəmənin şimal-qərb hissəsində yerləşir və orada 70 minə yaxın insan yaşayır.