Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə-Rusiya ticarətində böyük problem: Maliyyə əməliyyatları dayandı -SƏBƏBLƏR

Türkiyədən Rusiyaya mal ixrac edən şirkətlər bank əməliyyatlarının icrası sahəsində ciddi problemlər yaşamağa başlayıblar.

Yenixeber.org: “Ekonomim” qəzetinin biznes dairələrindəki mənbələrə istinadən yaydığı məlumata görə, problem 2023-cü ilin dekabrında ciddiləşməyə başlayıb.

Az sonra bir çox ixracatçılar Rusiyadan türk lirəsi və rublla köçürmələrin mümkün olmadığından şikayətləniblər. Bu cür köçürmələr ya birbaşa bəzi özəl banklar tərəfindən geri göndərilib, ya da əməliyyatın ilkin mərhələsində sanksiya tətbiq edilən məhsullar üçün ödəniş edildiyinə görə rədd edilib. Qəzetin yazdığına görə, bu cür pul köçürmələri yanvarın 1-dən demək olar ki, tam dayanıb. Bu vəziyyət ixraca ciddi zərbə vurur və biznes Rusiya ilə ticarəti davam etdirmək üçün təcili həll yollarını gözləyir.

Qəzet qeyd edir ki, Ukraynadakı münaqişə, Avropa İttifaqı və ABŞ-ın sanksiyaları fonunda Türkiyə ilə Rusiya arasında ticarətin həcmi artır. 2023-cü ildə Türkiyənin Rusiyaya ixracı 2022-ci illə müqayisədə 23,2 faiz artaraq 9,4 milyard dollara çatıb. İxracda əsas yeri kimya sənayesi, maşınqayırma, avtomobil sənayesi məhsulları, təzə meyvə-tərəvəz və elektronika tutur.

Bu sektorların bəzi nümayəndələri qəzetə bildiriblər ki, malların dəyərinin ödənilməsi üçün köçürülən vəsaitin qismən və ya tamamilə alınmaması problemi ilə üzləşiblər. Dəniz nəqliyyatı sahəsində də problemlər var, burada Rusiyaya mal çatdıran gəmi sahibləri də ödənişlə bağlı problemlər yarandığını bildirirlər.

“Ekonomim” yazır ki, pul köçürmələri ilə bağlı problemlər Qərbin sanksiyalarının genişlənməsi və türk banklarının və vasitəçilərinin ikinci dərəcəli sanksiyalara məruz qalmaq qorxusu ilə bağlı ola bilər. Eyni zamanda maliyyə institutları sanksiya qorxusundan hətta sanksiyalar siyahısına daxil olmayan şirkətlərin mallarına görə ödəniş etməkdən imtina edirlər. Bununla əlaqədar olaraq, Türkiyə Ticarət Nazirliyi problemi araşdırmağa başlayıb və bu cür imtinalarla bağlı məlumatlar toplayır. Bundan əlavə, ruslar üçün Türkiyədə şirkətləri qeydiyyata almaq və yerli banklarda hesab açmaq da çətinləşib.

Eyni zamanda şirkətlər ödənişlərin rədd edilməsinin səbəbləri ilə bağlı banklardan dəqiq məlumat ala bilmədiklərindən şikayətlənirlər. Banklardan nəşrə bildiriblər ki, mövcud vəziyyətlə bağlı hər hansı şərh verə bilməyəcəklər.

Nəşrə görə, Türkiyənin Çirkli Pulların Yuyulmasına Qarşı Tədbirlər üzrə Maliyyə Fəaliyyəti İşçi Qrupunun (FATF) boz siyahısından çıxarılmasına nail olmaq üçün belə tədbirlərə əl atıla biləcəyi istisna deyil. İşçi Qrupun rəhbər heyəti fevralda toplaşacaq. Ankaranın FATF standartlarına riayət etmək üçün görməli olduğu bütün tədbirlər siyahısından yalnız kriptovalyutaların tənzimlənməsi qalır. Lakin bu sahəyə çirkli pulların yuyulmasına qarşı mübarizə və cinayətkar təşkilatların maliyyə axınının məhdudlaşdırılması ilə bağlı məsələlər də daxil ola bilər.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam