Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

İran İsrailə neft satır...

İran Çinə nefti 44% ucuz qiymətə satır • Aznews TV

İran Türkiyə vasitəsilə İsrailə neft ixrac edir və bu, Təl-Əvivin yanacağa olan ehtiyacının əhəmiyyətli hissəsini təmin edir.

Yenixeber.org: Bu barədə İLNA Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat yayıb.

İran parlamentinin keçmiş üzvü Hidayətullah Xadimi İLNA-ya müsahibəsində bunu inkar etməyib.

“Türkiyə ilə İsrail arasında iqtisadi, hərbi, mədəni və turizm sahəsində əlaqələr var və Türkiyənin İrandan aldığı nefti İsrailə ixrac etməsi ehtimalı yüksəkdir”, - o deyib.

Müstəqil ekspertlər bildirirlər ki, sanksiyalardan əziyyət çəkən və neftin satılmasında problemlər yaşayan İranın Türkiyə vasitəsilə İsrailə neft ixrac etməsi Tehran rəsmilərinin razılığı əsasında baş verir.

Xatırladaq ki, Əli Xamenei noyabrın 1-də müsəlman ölkələrdən İsrail ilə əlaqələri kəsməyi, bu ölkəyə yanacaq və ərzaq ixracatını dayandırmalarını təlb etmişdi.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam