Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Vitali Balasanyan həbs olundu – "Bədənində çoxlu xəsarətlər var”

Xankəndidə yerləşən qondarma rejimin “Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitali Balasanyan həbs edilib.
Yenixeber.org: Ermənistan mətbuatı xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan məlumat yayıb.
“İctimaiyyətə bildirirəm ki, “Artsax qəhrəmanı” Vitali Mixail oğlu Balasanyanın hüquq və qanuni mənafelərinin müdafiəsini öz üzərimə götürmüşəm. Vitali Balasanyan həbs edilib. Bədənində çoxlu xəsarətlər var”, - deyə vəkil bildirib.
Məlumat üçün bildirək ki, Vitali Balasanyan keçmiş döyüşçüdür və işğalçılar arasında kifayət qədər nüfuzu olan biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Əsgəran rayonunda yaradılan “özünümüdafiə qüvvələrinin” komandiri olub. Seperatçı rejimin müdafiə naziri olub.
Aprel döyüşlərində yaxından iştirak edib. 2020-ci il müharibəsindən sonra qondarma rejimin "Təhlükəsizlik Şurası"na rəhbərlik edib.
Vitali Balasanyan 2005-ci ildə "Daşnaksütun-Hərəkat 88"in siyahısı ilə seperatçı rejimin “parlamentinə” üzv seçilib. 2007-2010-cu illərdə qondarma rejimin “prezidentinin məsləhətçisi” olub. 2012-ci ildə “prezidentliyə” namizəd olub və 32,5 % səs toplayaraq Bako Saakyana uduzub. 2020-ci ildə keçirilən “prezident seçkilərində” yenidən iştirak edib və seçkini 3-cü yerdə tamamlayıb.
Son zamanlarda Vitali Balasanyanın adı Azərbaycanda danışıqlar aparan şəxs kimi Ermənistan mətbuatında gündəmə gəlib. Ermənistan mətbuatı iddia edir ki, Balasanyan Azərbaycanla danışıqlar aparmağın tərəfdarıdır.
Onu da qeyd edək ki, Vitali Balasanyan 1-ci Qarabağ müharibəsi zamanı da Azərbaycan hərbçiləriylə danışıqlarda tez-tez iştirak edib. Balasanyanın Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovla müharibədən əvvəl şəxsi münasibətlərinin olduğu bildirilib.
2020-ci il müharibəsindən əvvəl seperatçı rejimin ilk “müdafiə naziri” olan Samvel Babayan iddia etmişdi ki, məşhur terrorçu Monte Melkonyan Vitali Balasanyan tərəfindən öldürülüb.
Balasanyanın həbsi xəbərinin yayıldığı ərəfədə Xankəndinin mərkəzində də mitinq keçirildiyi bildirilir. Bildirilir ki, mitinq iştirakçıları Xankəndində yerləşən Qırmızı Xaç Cəmiyyətinin ofisinə və Rusiya sülhməramlılarının qərargahına doğru yürüş edəcəklər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam