Redaktor seçimi
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti -
Qoşqar Təhməzlinin məktubu “Dumanlı Albiona”ya bənzədildi:  Bu hadisənin səbəbkarlarından birincisi Sizsiniz! -
Sabirabaddakı  “OMEQA” Klinikası ilə Qazaxın icra başçısını nə bağlayır?-
Abdin Fərzəliyev Qarabağ qazisini ölkə xarici edir... -
Qoşqar Təhməzli, daha nə olmalıdır ki, Sizdən "səs çıxsın" –
Üç naziri yola salan səhiyyə sistemimizin dəyişilməyən təchizatçısı – “ARAŞ”-ın qüdrətinin sirri -
Göyçayın icra başçısı troll dəstəsi saxlayır?! -
Bakıda məmurlar estoniyalı iş adamlarının başına necə oyun açdılar... -
Günün xəbəri

Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsi tikir -müqavilə bağlandı

Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddə Marqara gömrük-keçid məntəqəsinin tikintisi məqsədilə “Arbak and Sons” MMC ilə layihə-smeta sənədlərinin hazırlanmasına dair müqavilə imzalayıb.

Yenixeber.org: Ermənistan KİV-nin məlumatına görə, müqavilənin dəyəri təxminən 28,3 milyon dram (təxminən 118,4 min manat) təşkil edir.

Bildirilir ki, tikintinin ümumi dəyəri zəruri avadanlıqlarla birlikdə 732,8 milyon dram (təxminən 3 milyon manat) təşkil edəcək.

Layihəyə əsasən, birmərtəbəli xidmət zalı, yüklərin rəsmiləşdirilməsi üçün iki pavilyon, növbənin istirahəti üçün iki pavilyon, gömrük baxışı üçün birmərtəbəli korpus, dayanacaqlar, meydançalar, daxili yollar, iki keçid məntəqəsi və birmərtəbəli anbarın tikintisi nəzərdə tutulub.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən bağlıdır. Lakin bu il ölkələr arasında razılıq əldə olunub ki, buna da əsasən, Ermənistan-Türkiyə sərhədinin bu ilin yayına kimi üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılması planlaşdırılır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam