Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

13 il əvvəl Sinan Oğan Soçidə Putinlə nə danışıb? – VİDEO

May ayının 14-də Türkiyədə keçirilən prezident seçkilərinin ilk turunda 5,13% səs toplayan "ATA İttifaqı"nın namizədi, TÜRKSAM (Beynəlxalq Münasibətlər və Strateji Təhlil Mərkəzi) prezidenti Sinan Oğan son günlər mətbuatda və sosial şəbəkələrdə ən çox müzakirə olunan siyasətçilərdən biridir.
Yenixeber.org: Sinan Oğanın əslən azərbaycanlı olması ölkəmizdə də ona qarşı marağı artırıb.

Qeyd edək ki, Sinan Oğanın 2010-cu ildə Rusiyanın Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşü yenidən gündəm olub.
2010-cu ildə Rusiyada keçirilən “Valday” klubu üzvlərinin ənənəvi görüşündə Türkiyədən TÜRKSAM prezidenti Sinan Oğan iştirak edib.
Həmin görüşdə Sinan Oğan Sankt-Peterburq vilayətinin qubernatoru Valentina Matviyenko (hazırda parlamentin sədridir), xarici işlər naziri Sergey Lavrov və Baş nazir Vladimir Putinlə görüşüb. 
6 sentyabr 2010-cu ildə Soçidə Putinlə şam yeməyinə qatılan Sinan Oğan o zaman Rusiyanın Baş naziri olan Vladimir Putinə “Nabukko” boru kəmərinin nə qədər real olub-olmadığını soruşub. Vladimir Putin Sinan Oğanın sualına cavab olaraq bildirib ki, “Nabukko” layihəsinin şansı yoxdur. Putin bildirib ki, “Nabukko”nun əsas problemi xammal tədarükünə zəmanətin olmamasıdır. Putinin sözlərinə görə, “Nabukko”nu doldurmaq üçün təbii qaz mənbəyi yoxdur. Rusiyanın “Nabukko”ya təbii qaz tədarükünün gündəmdə olmadığını dilə gətirən Rusiya baş naziri bildirib ki, bu xətt üçün İranın təbii qaz ehtiyatları nəzərdə tutulmur: "Azərbaycanın təbii qaz ehtiyatları da azdır. Həmçinin Azərbaycan Rusiya ilə təbii qaz alqı-satqısı müqaviləsi imzalayıb”.
Xatırladaq ki, Putinin bu açıqlamasından təxminən bir il sonra Azərbaycan və Türkiyə "Şahdəniz" yatağından hasil olunacaq qazın Avropaya nəqlini nəzərdə tutan Trans Anadolu Qaz Kəmərinin (TANAP) çəkilməsi üzrə anlaşma memorandumu imzaladılar. Bundan sonra “Nabukko” layihəsindən imtina olundu.

Elnur Əli, (yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam