Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Türkiyə DEDİYİNİ ETDİ -Bu ölkənin planı baş tutmadı

Yunanıstanın bəzi xəbər saytlarının, o cümlədən “CNN Greece” və “Onalert”in məlumatına görə, Yunanıstan Baş Qərargahına NATO-nun bu il martın 27-31-də Yunanıstanda keçirilməsi planlaşdırılan “Ramstein Guard” hava təliminin planlarını hazırlamaq vəzifəsi verilib.

Yenixeber.org: Tasos və Bozbaba adaları da təlim bölgələrinə daxil edilib.

Təlim planlarının təsdiqi üçün keçirilən iclasda NATO-nun türk heyət Şərqi Egey adalarının qeyri-hərbi statusunun pozulduğunu əsas gətirərək, iki adanın təlim bölgəsindən çıxarılmasını tələb edib. NATO Türkiyənin etirazını qəbul edib və Müttəfiq Hava Komandanlığı AIRCOM “Ramstein Guard” təlimini ləğv etmək qərarına gəlib.

NATO-nun 2017-ci ildəki “Ramstein Guard” təlimində də analoji hadisə baş verib. Yunan heyət həmin təlimin planlarına Yunanıstana məxsus döyüş təyyarəsinin Lemnos adası üzərində uçması ssenarisini daxil etmək istəyib və Türkiyə heyəti eyni səbəbdən buna reaksiya verib. NATO Ankaranın etirazına haqq qazandırıb və Afina təlimi ləğv etməli olub.

Qeyd edək ki, Türkiyə Lozanna və Paris müqavilələri çərçivəsində adaların silahlandırılmasına qarşı çıxır, Yunanıstan isə milli müdafiə çərçivəsində belə bir hüquqa malik olduğunu bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam