Ukrayna müdafiə xərclərində rekord artım
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Rada tərəfindən qəbul edilən və ölkə büdcəsində müdafiə xərclərinin 14,5 milyard dollar artırılmasını nəzərdə tutan sənədi imzalayıb.
Yenixeber.org: Ukrayna mediası xəbər verir ki, qanun layihəsi aprelin 13-dən qüvvəyə minəcək.
Qeyd edək ki, bu, Ukrayna tarixində rekord büdcə artımıdır.