Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan İsraildən bu silahları alacaq

Azərbaycan İsraildən yeni silahlar alacaq: PUA-lar, raketlər...

Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutu İsrail və Azərbaycan əlaqələrinə həsr olunan məqalə dərc edib.

Yenixeber.org: Məqalədə Azərbaycanın İsraildə səfrilik açmasından, İsrailin Azərbaycana silah satmasından bəhs edilir.

Müəllif məqalədə İsrail mediasına istinadən yazır ki, "Meteor Aerospace" və "SpearUAV" müdafiə şirkətlərinin bu ilin əvvəlində və ya 2024-cü ilə kimi Azərbaycanla müqavilələr imzalaması gözlənilir. Qeyd olunur ki, Azərbaycanın İsraildən patrul gəmisi, raketlər və hava hücumundan müdafiə sistemi alacağı gözlənilir.

"SpearUAV" şirkəti İsraildə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və yaradılması ilə məşğuldur. 30 ildən çox təcrübəyə malik "Meteor Aerospace" şirkəti isə hücum və müdafiə raket sistemləri, peyklər, ballistik raketlərdən müdafiə sistemləri üzrə ixtisaslaşıb.

Qeyd edək ki, Azərbaycanın silah təchizatında İsrailin payı son illərdə artıb. İsrail Azərbaycana PUA-lar, raket sistemləri, hava hücumundan müdafiə sistemləri, zirehli texnikalar tədarük edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam