Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

200-dən çox adam saxlanılıb -Fransada

Fransada nümayişlərdə 200-dən çox adam saxlanılıb
Fransa polisi pensiya islahatına qarşı 10-cu ümummilli “Hərəkət Günü”ndə baş verən iğtişaşlar zamanı 200-dən çox adamı saxlayıb.
Yenixeber.org: Bu barədə çərşənbə günü ölkənin daxili işlər naziri Cerald Darmanin öz "Twitter" səhifəsində məlumat verib.
"Kütləvi aksiyalar zamanı vətəndaşların təhlükəsizliyini və əmlakın mühafizəsini təmin edən 13 min polis və jandarma təşəkkürümü bildirirəm. 201 nəfər saxlanılıb", - o deyib.

Nazir həmçinin qeyd edib ki, radikal elementlərlə toqquşmalarda 175 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Fransada sosial sistemin maliyyə tarazlığını təmin etmək məqsədilə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan islahat yanvarda təqdim edilib. Təklif olunan dəyişikliklər dərhal çoxsaylı etirazlara səbəb olub.
Növbəti ümummilli etiraz aksiyası aprelin 6-na təyin edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam