Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Bu prezident hökumətə çağırış etdi

israil-prezidenti-hokumete-cagiris-etdi

İsrail Prezidenti İshaq Hersoq hökuməti məhkəmə islahatlarının qəbul edilmə prosesini dərhal dayandırmağa çağırıb.

Yenixeber.org: İsrail Prezidenti bununla bağlı öz rəsmi tviter hesabında paylaşım edib.

“İsrail xalqının birliyi, eləcə də məsuliyyət naminə sizi qanunvericilik prosesini dayandırmağa çağırıram. Milli təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət, hər şey təhlükə altındadır”, - deyə Hersoq qeyd edib. 

Qeyd edək ki, İsraildə müdafiə naziri Yoav Qalantın istefaya yollanmasından sonra martın 26-sı ölkədə kütləvi etiraz aksiyası başlayıb. Qalantın istefa xəbərini ölkənin Baş naziri Benyamin Netanyahu elan edib. Qalant məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu bəyan etdikdən sonra Baş nazir bu barədə qərar qəbul edib.

Xatırladaq ki, İsraildə Nazirlər Kabinetinə qarşı ilk kütləvi etirazlar yanvarın əvvəli başlayıb. Aksiya iştirakçıları ölkənin Nazirlər Kabinetinin təklif etdiyi məhkəmə islahatına etiraz ediblər. Məhkəmə sistemində islahatları nəzərdə tutan qanun layihəsi fevralın 20-si birinci oxunuşda qəbul edilib. Dəyişikliklər hökumətin hakim seçimi ilə bağlı səlahiyyətini genişləndirir, eləcə də Ali Məhkəmənin qanunları ləğv etmək səlahiyyətini məhdudlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam