Redaktor seçimi
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Günün xəbəri

Pensiya islahatı ilə bağlı qanun qəbul edilib, insanlar küçələrə axışıb -Fransada

Bu gün Fransada pensiya islahatı qanunu qəbul edilə bilər -

Fransanın ən böyük həmkarlar ittifaqları ölkənin Baş naziri Elizabet Bornun parlamentdə səsvermədən yan keçməklə müvafiq qanunun qəbulu barədə qərarından sonra pensiya islahatlarına qarşı etiraz və tətilləri davam etdirmək niyyətindədir.

Yenixeber.org: Bunu “Ümumi Əmək Konfederasiyası” həmkarlar ittifaqının nümayəndəsi Ketrin Perret bildirib.

“Həmkarlar ittifaqı yığıncağında pensiya islahatlarının geri götürülməsi tələbinin davam etdiriləcəyi ilə bağlı qərar qəbul olunub. Həmkarlar ittifaqı həmçinin böyük tətil və nümayişlərin martın 23-də keçirilməsinin tərəfdarıdır”, - deyə o vurğulayıb.

Bu arada, Parisin mərkəzində, "Place de la Concorde" meydanında hökumətin islahatı parlamentin təsdiqi olmadan qəbul etməsindən sonra etirazlar hazırda davam edir. Minlərlə insan meydana toplaşıb, bəziləri hökumətin istefasını tələb edən plakatlar tutublar. Vəziyyətin gərgin olduğu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının barrikada qurduğu, bəzi etirazçıların məşəl yandırdığı və polisə müxtəlif əşyalar atdığı qeyd edilir.

Qeyd edək ki, Fransanın Baş naziri Elizabet Born cümə axşamı günü hökumətin ölkə konstitusiyasının 49.3-cü maddəsinə uyğun olaraq, Milli Assambleyanın razılığı olmadan pensiya islahatı qanun layihəsini qəbul etmək qərarını açıqlayıb.

Açıqlamadan sonra ifrat sağçı Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen hökumətə etimadsızlıq səsverməsi üçün müraciət edəcəyini bildirib. “Le Figaro” qəzeti yazıb ki, deputatların müvafiq prosedur üçün sorğu təqdim etmək üçün 24 saat vaxtı var. Müraciət təqdim olunarsa, gələn həftənin bazar ertəsi, martın 20-də məsələ müzakirə oluna bilər.

Pensiya islahatı qanun layihəsi Fransada geniş rezonansa səbəb olub. Cümə axşamı Fransa Senatı qalmaqallı pensiya islahatı ilə bağlı qanun layihəsinin yekun versiyasını qəbul edib. Bildirilib ki, təqaüd yaşının 62-dən 64-ə qaldırılması haqqında qanun layihəsinin 345 senatordan 193-ü lehinə, 114-ü isə əleyhinə səs verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam