Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb -AÇIQLAMA

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.
Yenixeber.org: Bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.
O bildirib ki, bu gün Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə və ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb:
"Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Bir azdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi. Hüquqi mübarizə ədalətə nail olana qədər davam edəcəyik".
Xatırladaq ki, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunan B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir. Vəkilləri Hacıyevin 1 aydan çoxdur aclıq aksiyası etdiyini qeyd edirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam