Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Vətəndaşlarımız niyə Dubaya buraxılmır?

Azərbaycan vətəndaşları niyə Dubaya buraxılmır?
Son günlər yüzlərlə Azərbaycan vətəndaşı görünməmiş bir hadisə ilə üzləşib - Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi öz ölkələrinin Xarici İşlər Nazirliyi və Miqrasiya Xidmətinə istinad edərək azərbaycanlılara giriş vizası verməkdən imtina edir.
Yenixeber.org: Üstəlik, bir çox Azərbaycan vətəndaşları qəflətən BƏƏ-nin Miqrasiya Xidmətinin qara siyahısına düşərək Əmirlik ərazisinə girişə ömürlük qadağa alıblar.
Və ötən gecə Azərbaycan vətəndaşı, iş adamı Xəyyam İlham oğlu Səfərli Dubay hava limanında saxlanılıb. X.Səfərli həbsindən bir neçə dəqiqə əvvəl İnstaqram səhifəsində bu haqda yazmağa müvəffəq olub.
X.Səfərli heç bir səbəb olmadan saxlanılıb, onun iş vizası ləğv edilib.
Məlumata görə, BƏƏ-də işləyən digər Azərbaycan vətəndaşlarına qarşı da analoji tədbirlər görülür. Azərbaycanın BƏƏ-dəki səfirliyindən Haqqin.az-a verilən məlumata görə, X.Səfərli ilə bağlı baş vermiş insidentlə əlaqədar ölkəmizin diplomatik missiyası Əmirliyin Xarici İşlər Nazirliyinə müvafiq nota göndərib.
Azərbaycanın bir çox turizm şirkətlərinin rəhbərləri mövcud vəziyyəti narahatlıqla izləyir, iki ölkə arasında münasibətlərdə ilk dəfədir ki, belə viza böhranı ilə üzləşdiklərini vurğulayırlar.
“Adətən səfirlik vizaları bir neçə saat ərzində verirdi. İndi də bütün vətəndaşlarımızın adları qara siyahıya salınıb. Biz nə baş verdiyini başa düşmürük”, - Azərbaycanın turizm sənayesinin liderlərindən biri sayta bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam