Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

ABŞ Ukraynanın qələbəsinə əmindir -RƏSMİ

Açiq mənbələrdən foto.

Cümə axşamı Vaşinqton Rusiya qoşunlarının və Vaqner qrupundan muzdluların Ukraynanın şərqində, ağır döyüşlərin getdiyi Baxmut yaxınlığında 10 min nəfər əhalisi olan Soledarı ələ keçirməsi barədə iddiaları təkzib edib.

Yenixeber.org: “Hesab edirik ki, intensiv döyüşlər davam edir. Biz döyüşlərin davam edəcəyini gözləyirik”, - Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinqdə deyib. "Ruslar böyük itkilərə baxmayaraq, uğurlar barədə bildirirlər", - o qeyd edib.

Vaşinqton hər iki tərəfin uğurlar və itkilər barədə məlumat verəcəyini gözləyir. "Ancaq şəxsi heyətdə və texnikada böyük itkilərin hesabına Rusiyanın istənilən taktiki uğuru heç vaxt müharibənin gedişini dəyişdirə bilməyəcək”, - Prays deyib.

“Heç bir taktiki hücum prezident Putinin və onun qoşunlarının bu müharibənin ilk günlərindən üzləşdiyi və Ukraynanın effektiv əks-hücumu ilə daha da ağırlaşan strateji uğursuzluğu aradan qaldıra bilməz”, - o davam edib.

Turan-ın "Vaqner” muzdluları müharibənin simasına çevrilirmi" sualının cavabında Prays deyib ki, Ukraynanın əks-hücumlarının qarşısında "Vaqner"in on minlərlə muzdlusunu da Rusiyanın digər rus qoşunlarının aqibəti gözləyir.

“Biz Ukrayna xalqına qarşı bu amansız müharibəyə görə cavabdeh olan subyektləri və təşkilatları məsuliyyətə cəlb etmək üçün bütün strukturlardan istifadə edirik”, - o, fikrini yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam