Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Kəmaləddin Heydərova bağlı şirkətlər bu dəfə “Libraff”a qoşuldular -DE-FAKTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan 2 şirkət - "Azbookgroup” MMC (VÖEN -1702073941) və "Azhobco” MMC (VÖEN - 1701992931) fəaliyyətinə xitam verilərək "Libraff” MMC-yə (VÖEN -1702192791) qoşulduqlarını elan ediblər.
Yenixeber.org: Hər 3 şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, ev 31" ünvanında yerləşir.

Qeyd edək ki, “Libraff” MMC-nin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Ləğv olunan "Azhobco” MMC və "Libraff” MMC-nin qanuni təmsilçiləri eyni şəxsdir. Hər iki şirkətə İbrahimov Nicat Rüstəm oğlu rəhbərlik edir. Ləğv olunan digər şirkətin qanuni təmsilçisi isə Muradov Cəmil Tahir oğludur. Cəmil Muradov “Gilan Holdinq”ə bağlı onlarla şirkətə rəhbərlik edib. Eyni zamanda Muradovun Kəmaləddin Heydərovun xalası oğlu olduğu barədə mətbuatda çoxsaylı məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb.
Onu da bildirək ki, son zamanlar Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan onlarla şirkət ləğv olunaraq digər şirkətlərə qoşulublar. Ləğv olunan şirkətlərin əksəriyyəti “Paşa Holdinq”ə bağlı olan şirkətlərə birləşib. Lakin, göründüyü kimi bu gün ləğv olunduqlarını açıqlayan "Azbookgroup” MMC və "Azhobco” MMC “Paşa Holdinq”ə deyil “Libraff” MMC-yə qoşulduqlarını bəyan ediblər.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam