Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Türkiyə təbii qaz üçün qlobal mərkəzə çevrilir -Rusiyadan mühüm açıqlama

"Qazprom rəsmiləri Türkiyədə təbii qaz paylama mərkəzinin yaradılması üçün türk səlahiyyətliləri ilə görüşür. Türkiyədəki bu mərkəz qiymət mexanizmi üçün lazımi alətləri təmin edə bilər".

Yenixeber.org: Bu sözləri Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya dövlət televiziyasına açıqlamasında deyib.

O bildirib ki, mərkəzin yaradılması ilə bağlı qərarın 2023-cü ildə qəbul ediləcəyi gözlənilir.

Novak vurğulayıb ki, “Şimal axını” qaz kəmərlərinə dəyən ziyanla bağlı aparılan araşdırmanın nəticələrini müzakirə etmək hələ tezdir.

Rusiya prezidenti Vladimir Putin Türkiyədə qurulması planlaşdırılan mərkəzlə bağlı son açıqlamasında bildirib ki, paylama mərkəzi bir-iki ay ərzində elektron şəkildə müştərilərə qazın qiymətini müəyyən edə biləcək:

“Dünyanın enerjiyə ehtiyacı var və gələcəkdə də olacaq. Rusiya öz təbii qazını perspektiv bazarlara satmağa davam edəcək. Bu mənada qonşumuz Türkiyə mühüm müştərimizdir və bilirsiniz ki, biz bir neçə ildən sonra Türkiyədə Avropa üçün qaz paylama mərkəzi yaratmağı planlaşdırırıq. Hətta layihə tam fəaliyyətə başlamazdan əvvəl biz bir-iki ay ərzində İstanbul paylama məntəqəsində elektron qaz satışı əməliyyatlarına başlamaq üçün Türkiyə tərəfi ilə işləyə bilərik. İstanbuldakı ortaq elektron platforma Avropadan alıcılar üçün qazın qiymətini müəyyən edəcək”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə mövzü ilə bağlı deyib:

“Məqsədimiz ölkəmizi ən qısa zamanda təbii qazın istinad qiymətinin təyin olunduğu qlobal mərkəzə çevirməkdir. Əziz dostum cənab Putinlə mühüm görüşlərimiz oldu. Biz addımlarımızı atırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam