Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vasif Talıbov bu xəstəlikdən əziyyət çəkir...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası ölkədə şok effekti yaratdı. Naxçıvanda yüksək rütbəli məmurların həbsi Ali Məclis sədrinin əl-qolunu bağlasa da, onun qapı arxasında saxlanılacağı gözlənilən deyildi. Buna görə də Naxçıvan “xan”ının qəfil istefası ölkə gündəminin bir nömrəli hadisəsinə çevrildi.

Yenixeber.org: Vasif Talıbov vəzifəsindən istefa verdiyinə dair ərizəni dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edib. Ali Məclis dekabrın 21-də keçirilən növbədənkənar iclasında onun istefasını qəbul edib.

Naxçıvan Ali Məclisinin mətbuat xidməti Vasif Talıbovun istefasının səbəbini açıqlayıb. Mətbuat xidmətinin yaydığı məlumatda Ali Məclis sədrinin səhhətində yaranmış problemlə əlaqədar istefa verdiyi bildirilir.

Vasif Talıbov hansı xəstəlikdən əziyyət çəkir?

“Yeni Sabah” Talıbovlara yaxın şəxslə bu mövzuda dəqiqləşdirmə aparıb. Ailəyə yaxın şəxs söhbət zamanı Vasif Talıbovun səhhətində hər hansı ciddi problemin olmadığını deyib. Onun sözlərinə görə, Ali Məclis sədrinin sağlıq durumu hələ uzun müddət bu vəzifəni icra etməyə imkan verirdi.

Mənbə deyib ki, Vasif Talıbov şəkərli diabetdən əziyyət çəkir. Amma onda şəkərin miqdarı yüksək deyil. O, qida rejiminə əməl etməklə uzun illər ərzində eyni çəkidə qalmağı bacarıb.

Mənbə Vasif Talıbovun sağlam olduğuna dair başqa arqumentlər də gətirib. Bildirib ki, 62 yaşı olmasına rəğmən o, sonuncu dəfə 17 il əvvəl diş çəkdirib.

Müsahibimiz yaxın ətrafında olan bir neçə nəfərin koronavirusa yoluxmasına baxmayaraq, Vasif Talıbovun bu xəstəliyə tutulmamasını onun sağlam və güclü orqanizmə sahib olması ilə əlaqələndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam