Avropa İttifaqının Rusiyaya qarşı
Yenixeber.org: Siyahıda “Rossiya 1” kanalının aparıcısı Boris Korçevnikov, məşhur teleaparıcı Marina Kim, müğənni Qriqori Leps, tərcüməçi, publisist Dmitri Puçkov və ssenarist, aktyor, RSFSR xalq artisti , Xarici dildə ən yaxşı filmə görə “Oskar” mükafatı laureatı Nikita Mixalkov yer alıb.
Eyni zamanda Çeçenistanın rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karinaya da məhdudiyyətlər qoyulub.
Bundan əlavə, Avropa İttifaqı “Moskva Kredit Bankı”, “Ümumrusiya Regional İnkişaf Bankı”, “Uzaq Şərq Bankı” daxil olmaqla “Vahid Rusiya”, “LDPR”, “Ədalətli Rusiya” partiyalarına qarşı sanksiyalar tətbiq edib.
Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova, elm və ali təhsil naziri Valeri Falkov, həmçinin Rusiya Dövlət Dumasının 40 deputatının adı da “qara siyahı”ya düşüb.
Rusiyanın Silahlı Qüvvələri və onların bütün növləri, həmçinin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) sanksiyalar siyahısına daxil edib.