Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukraynaya daha 500 milyon dollar dəyərində hərbi yardım ayırıldı

2022/05/22033-1651900258.jpg

       Ukraynaya hərbi yardımların göndərilməsi davam etdirilir

Yenixeber.org: Kanada Ukraynaya 500 milyon dollar dəyərində əlavə hərbi yardım ayırıb. Bu barədə Kanada Baş naziri Castin Trüdo İndoneziyada keçirilən G20 sammitində bildirib. 

“Bu əlavə hərbi yardım Vladimir Putinin işğalına qarşı cəsarətlə vuruşan ukraynalıları dəstəkləyəcək, eyni zamanda müharibə əməllərini dəstəkləyənlər üzərində əlavə təzyiq yaradacaq”, - deyə Trüdo bildirib.

Kanada federal hökuməti hərbi yardımın müşahidə və kommunikasiya avadanlıqlarına, yanacaq və tibbi vasitələrə sərf ediləcəyini bəyan edib.

Baş nazir Trüdo, bundan başqa Kanadanın daha 23 rusiyalını sanskiyalar siyahısına əlavə etdiyini açıqlayıb.

Qeyd olunub ki, bunlar “Rusiyanın müxalifət liderlərinə qarşı sistematik insan haqları pozuntuları”nda iştirak edən ədliyyə və təhlükəsizlik aparatının nümayəndələridir.

Kanada bu ilin fevralında Ukraynada müharibə başladıqdan sonra 1400-dən çox rusiyalıya sanksiya tətbiq edib. Kanada Baş nazirinin ofisi bu vaxtadək Ukraynaya 3,4 milyard dollar həcmində yardım edildiyini bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam