Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Müqaviləli hərbçilərin maaşı artırılır-Ermənistanda

Ermənistan müqaviləli hərbçilərin maaşını artırır

Ermənistanda döyüş tapşırıqlarını yerinə yetirən müqaviləli əsgərlərin maaşı artırılacaq.

Yenixeber.org: Ermənistan hökumətinin cümə axşamı keçirilən iclasında “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi haqqında layihə təsdiqlənib. Müdafiə naziri Suren Papikyan qanun layihəsini təqdim edərkən bildirib ki, döyüş tapşırıqlarının planlaşdırılması, monitorinqi və yerinə yetirilməsində bilavasitə iştirak edəcək hərbi qulluqçular əlavə ödənişlər alacaqlar. Əlavə ödənişi almaq üçün isə onlar üç ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidirlər. Əlavə ödənişin həcmi hökumətin qərarı ilə müəyyən ediləcək, söhbət ikiqat, bəzən isə daha çox artımdan gedir.

Baş nazir Nikol Paşinyan deyib ki, bu, peşəkar orduya keçidin mərhələlərindən biridir.


“Biz hərbçilərə bilik və bacarıq baxımından tələblər qoyuruq. Öz növbəmizdə hərbi qulluqçulara bütün sosial təminatları verməliyik. Bu o deməkdir ki, xidmətə hazır olan hərbçilərin mənzilləri, yüksək maaşları olmalı, ailələri tibbi xidmətlərdən yararlanmalı, uşaqları isə təhsil almaq imkanı qazanmalıdır”, - Paşinyan bildirib.


Öz növbəsində müdafiə naziri əlavə edib ki, azı 6 ay xidmət etmiş çağırışçılara attestasiyadan keçmək imkanı yaradılacaq və müvafiq maaşlar təklif olunacaq.


Müdafiə naziri Suren Papikyan deyib ki, məqsəd müqaviləli hərbi xidmətin cəlbediciliyini və marağını artırmaqdır, bunun üçün onlar müqavilə əsasında hərbi xidmətdə olan zabitlər, kiçik rütbəli zabitlər və sıravi hərbi qulluqçular üçün mükafat təyin etməyi planlaşdırırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam