Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İzyumda daha iki kütləvi məzarlıq tapıldı-Zelenski açıqlayıb

Ukraynanın işğal altın qalmış İzyum şəhərində daha iki kütləvi məzarlıq tapılıb.

Yenixeber.org: Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində bildirib.

“Bu gün əlavə məlumat aldım. Daha iki kütləvi məzarlıq tapılıb, yüzlərlə insanın olduğu böyük məzarlıqlar. Söhbət kiçik İzyum şəhərindən gedir, bilirsinizmi? Kiçik şəhərdə daha iki kütləvi məzarlıq var. Bax bu baş verir“, - o qeyd edib.

V.Zelenski Rusiyaya qarşı sanksiyaları ədalətli adlandırıb və təkid edir ki, dünya Putin rejiminə qarşı sanksiyaları davam etdirməlidir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri sentyabrın 11-də işğaldan azad edib. Şəhər aprelin 1-dən Rusiya qüvvələrinin nəzarəti altında idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam