Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Teyyub Hüseynovun Türkiyədə 6 milyonluq macərası:İstanbul prokurorluğu araşdırır

 

Bir ay öncə avqustun 9-da İstanbul Baş Prokurorluğunda əslən Azərbaycanlı olan iş adamı Teyyub Hüseynovun şukayəti əsasında cinayət işi başlanılıb.

Yenixeber.org: Bu barədə Türkiyənin bir neçə saytı məlumat verib. yenicaggazetesi.com.tr saytında dərc olunan “Bülent Ersoy’un yakın arkadaşı Fevzi Siverek’e dolandırıcılık suçlaması” başlıqlı məqalədə xəbər verilir ki, məşhur türk müğənnisi Bülənt Ərsoyun yaxın dostu Fevzi Siverek Azərbaycanlı biznesmen Teyyub Hüseynovu aldadaraq dələduzluq yolu ilə onun 6 milyon dollarını ələ keçirib. T. Hüseynov Fevzi Sivereklə Türkiyəyə səfərləri zamanı tanış olub və ikinci özünü Türkiyədə bir çox mühüm dövlət adamları ilə yaxın münasibətdə, bu ölkədə bütün problemləri həll etmək gücündə olan şəxs kimi təqdim etmişdir. Münasibətlər dərinləşdikdən sonra Siverek T. Hüseynova həm restoran, həm də tikinti biznesində ortaqlıq təkilif edərək ona Türkiyədə oturum izni və vətəndaşlıq ala biləcəyinə söz verib. Tərəflər arasındakı danışıqların nəticəsi olaraq Hüseynov Siverekə əvvəlcə Qapalıçarşıda yerləşən mübadilə məntəqəsində 4 milyon, daha sonra isə Azərbaycanda 2 milyon pul verib. Bir müddət sonra isə tərəflər arasında gərginlik yaranmış və aldadıldığını başa düşən T. Siverekdən pulunu tələb etməyə başlamışdır. Siverek pulu qaytarmaq əvəzində Azərbaycan əsilli iş adamını hədələyəndə isə iş hüquq müstəvisinə keçmişdir.


Hazırda qardaş ölkədə hadisə ilə bağlı araşdırma aparılır. Prosesdə Türkiyənin hüquq-mühafizə orqanlarının nüfuzlu şəxslərinin və MİT zabitlərinin adı hallandığından qardaş ölkənin mediasının olaya diqqəti böyükdür. İstintaqaraşdırmaları haqda yeni məlumatlar olduqca diqqətinizə çatdıracağıq. Amma Azərbaycan ictimaiyyətinə o qədər tanış olmayan bir iş adamının birdən birə Türkiyəyə 6 milyon dollar (gümanki bu ilkin rəqəm olub) yatırım etməsi maraq doğurur. Bəs Teyyub Hüseynov kimdir? Bununla bağlı əldə etdiyimiz məlumatlara görə, 1966-cı ildə Tovuz rayonunun Əlimərdanlı kəndindən anadan olan, Rusiyda “Timur”, Azərbaycanda “Peykan” ləqəbi ilə tanınan Hüseynov Teyyub Məhəmməd oğlu daha çox dana biznesi ilə məşğul olub. O, Ukraynada “Brodi MİT EKSPORT” şirkəti yaradaraq (direktor T.Hüseynovun adamı olan Pərviz adlı şəxsdir) Azərbaycana diri mal-qara ixracetməklə məşğul olub. Google üzərindən apardığımız araşdırmalarda belə bir məlumata da rast gəldik ki, 2015-ci ildə T.Hüseynovun Bakıda başqa bir şirkəti fəaliyyət göstərib: “Şirkətə Teyyubun Elsevər adlı dostu rəhbərlik edirmiş. Qanunsuz əməllərinə görə, Elsevər hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və həmin vaxt Teyyubun da həbsi qaçılmaz olub, ancaq Teyyub aradan çıxa bilib. Və bu olaydan sonra Teyyub özünə çətir axtarıb. Teyyub öz əməllərini gizlətmək üçün tanınmış şəxslərin guya onunla şərik olduğunu, hətta qazancın ona az qaldığnı da deyir. Belə şəxslərdən biri də tanınmış hüquq alimi, Rusiyanın prezidenti Vladimir Putinin tələbəlik dostu hörmətli İlham Rəhimovdur”.(cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam