Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Paşinyanın kosmosa çıxan yalanı:erməni peyki tapılmır

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bəyan edib ki, ilk erməni peyki orbitə buraxılıb. Paşinyan qeyd edib ki, 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq.

Yenixeber.org: "Azərbaycan peyk alanda bizimkilər villa alırdı"- Erməni deputat.

“Azərkosmos” Qarabağda məskunlaşma yerlərini müəyyən etdi Onun ətrafında isə mütəxəssislərdən ibarət elmi-istehsalat qrupu formalaşacaq. Mərkəzin əsas vəzifələri peyk nəzarəti və fotoşəkillərin əldə edilməsi olacaq.

"Peyk çəkilişləri Ermənistanda sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması və idarə olunması, ətraf mühitin mühafizəsi, yol tikintisi və digər sahələrdə istifadə olunacaq", - Paşinyan deyib.

Maraqlıdır ki, Paşinyanın danışdığı peyk haqqında ətraflı məlumat verilmir. Hətta yerli media da bu müəmmalı hadisə haqqında yazaraq İrəvanın böyük yalan üzərindən siyasət sərgiləməsinə eyham vurub.

"Nikol Paşinyan bu səhər hökumətin iclasında Ermənistan Respublikasının ilk kosmik peykinin orbitə buraxıldığını elan edib. Hökumət bununla bağlı video da yayıb. Qısa müddətdən sonra ictimaiyyət məlumatın doğruluğunu yoxlamağa başladı. İnternetdə araşdırma apararkən 25 may 2022-ci ildə buraxılan peyklər siyahısında Ermənistan peyki haqqında məlumata rast gəlinmir. Yəni "SpaceX"in rəsmi səhifəsində, eləcə də yenilənən rəsmi Vikipediya səhifəsində bu haqda heç bir məlumat yoxdur, 25 maya dair orbitə buraxılmış peylərin məxsus olduğu ölkələr sırasında isə Ermənistanın adına rast gəlmək olmur", - məqalədə yazılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam