Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əsgərlikdə ola-ola Bakıda “avtoşluq“ etdi - İş adamının oğlu tutuldu +VİDEO

bitmap-img6

Ölkə yollarında təhlükəli avtomobil idarə edən, digər hərəkət iştirakçılarına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətlərinə yol verən və bütün bunları videoya çəkərək sosial şəbəkələrdə özünə məxsus hesablarda paylaşan sürücü barəsində müvafiq tədbir görülüb.
Yenixeber.org: Bu əməlləri törədənin Məlikov Əziz Soltanpaşa oğlu olduğu aşkara çıxıb. Maraqlıdır ki, hərbi xidmətdə ola-ola bu əməlləri törədən və video çəkərək sosial şəbəkələrdə paylaşan şəxs tanınmış iş adamaının oğludur.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, aprelin 26-ı gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. 
Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən olub və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə hərbi qulluqdadır.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. O hal-hazırda hərbi xidmətdə olduğu üçün iş hərbi məhkəməyə göndərilib.(avtosfer.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam